Pərvinin pyesi Gənc Tamaşaçılar Teatrında - premyera

Pərvinin pyesi Gənc Tamaşaçılar Teatrında - premyera
15:56 15 Yanvar 2015
130 Şou
Ölkə mətbuatı
A- A+

Saat 12:00. Biletin qiyməti 4 AZN.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın yaradıcılıq işlərinə start verilib.

Axşam.az xəbər verir ki, bu dəfə teatr gənc yazıçı və dramaturq Pərvinin yaradıcılığına müraciət edib.

Pərvinin Gənc Tamaşaçılar Teatrı ilə növbəti işbirliyi Azərbaycan xalq nağılları əsasında səhnələşdirdiyi “Dəcəl keçi” pyesidir. Tamaşanın bədii rəhbəri, teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, rejissor asisstenti Sona Mustafayevadır.

Kiçik yaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş səhnə əsərində keçinin timsalında xudbəsəndlik, tənbəllik, yalan və lovğalıq kimi mənfi cəhətlər tənqid olunur.

Yeni səhnə əsərində rolları teatrın gənc aktyorları Səbinə Məmmədova, Aydın Dəmirov, Yusif Dadaşov, Ədalət Əbdülsəməd, Eyvaz İbrahimov, İlqarə Tosova, Hüsniyyə Əhmədova, Zümrüd Quliyeva, Vahid Orucoğlu, Ramil Məmmədov, Anar Seyfullayev və Bəhram Həsənov ifa edəcəklər.   

Tamaşanın premyerası martın 7-də baş tutacaq.

Qeyd edək ki, Pərvin bundan öncə teatrın hazırki repertuarında olan A.Lindqrenin “Balaca və damda yaşayan Karlson” (tərcümə)  və xalq nağılı “Qoğalın nağılı” (səhnələşdirmə) tamaşalarının yaradıcılıq işində yaxından iştirak edib.  


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeberler&news_id=25146

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR