Mahaçqala-Bakı sürət qatarı nə vaxt istifadəyə veriləcək? - TARİX AÇIQLANDI

Mahaçqala-Bakı sürət qatarı nə vaxt istifadəyə veriləcək? - TARİX AÇIQLANDI
19:54 24 May 2019
102 Digər
Ölkə mətbuatı
A- A+

Mahaçqala-Bakı sürət qatarının istifadəyə veriləcəyi tarix açıqlanıb.
 
ONA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, Şimali Qafqaz Dəmiryollarının rəisi Vladimir Pyastolovun mətbuat xidmətinin yaydığı məlumata əsasən, Mahaçqala-Bakı sürət qatarının bu ilin payızında istifadəyə verilməsi planlaşdırılır.
 
Mahaçqala-Bakı sərnişin qatarında müasir vaqonlar sərnişinlərin ixtiyarında olacaq. Sürətli sərnişin qatarının axşam saatlarında hərəkətdə olması planlaşdırılır.
 
Mahaçqala-Bakı istiqamətində yeni dəmiryolu xətti ilə bağlı məsələ 2018-ci ilin aprelindən müzakirə olunur.
 
Bundan başqa, Mahaçqala və Bakı arasında birbaşa aviareyslərin açılması da planlaşdırılır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/315652

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR