"Formula 2": Mixael Şumaxerin oğlu Monakoda qəza törədib

"Formula 2": Mixael Şumaxerin oğlu Monakoda qəza törədib
20:47 24 May 2019
101 Digər
Ölkə mətbuatı
A- A+

"Formula 1" üzrə 7 qat dünya çempionu Mixael Şumaxerin oğlu Mik Şumaxer "Formula 2"nin Monakoda keçirilən 5-ci mərhələsində qəza törədib.
"Report" xəbər verir ki, yarışın ilk bölümündə "5-lik"də yer alan 20 yaşlı sürücü pit-stopa ilk girənlərdən olub. Şumaxer bu zaman tıxacın yanından keçmək istəyib. Epizodların birində o, maşınını Tatyana Kalderonun avtomobilinə vurub və onun yolunu bağlayıb. Bu hadisə qırmızı bayraqa səbəb olub. Mik Şumaxer yarışı 14-cü pillədə bitirə bilib.
Monako Qran-prisində "Formula-2" yarışının ilk qalibi ART komandasından Nik de Vris olub. 


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/formula-2-mixael-sumaxerin-oglu-monakoda-qeza-toredib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR