Mingəçevirdə iki avtomobil toqquşub, xəsarət alan var

Mingəçevirdə iki avtomobil toqquşub, xəsarət alan var
22:34 24 May 2019
107 Digər
Ölkə mətbuatı
A- A+

Mingəçevirdə xəsarətlə nəticələnən yol qəzası olub.

 

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində baş verib.

 

"BMW" markalı avtomobilin “Niva” markalı minik maşını ilə toqquşması nəticəsində ikincinin sürücüsü - 1989-cu il təvəllüdlü Yunisov Mirasim Mirseymur oğlu xəsarət alıb. O, zərbənin təsirindən idarə etdiyi avtomobilin ön şüşəsindən asfalta düşüb. Müxtəlif bədən xəsarətləri, o cümlədən kəllə-beyin travması alan yaralı dərhal xəstəxanaya çatdırılıb. Digər avtomobilin sürücüsü isə qəzadan yüngül xəsarətlə qurtulub.

 

Hadisə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib, ən çox ziyanı “Niva” görüb.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/315660

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR