"Boeing 737 MAX" təyyarələrinin uçuşları iyunun sonlarında bərpa oluna bilər

"Boeing 737 MAX" təyyarələrinin uçuşları iyunun sonlarında bərpa oluna bilər
23:12 24 May 2019
100 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ Federal Mülki Aviasiya İdarəsinin nümayəndələri iyun ayının sonlarına qədər "Boeing 737 MAX" təyyarələrinin uçuşlarının bərpa olunacağını gözləyir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Boeing 737 MAX" təyyarələrinin uçuşlara başlamasının dəqiq vaxtı hələ müəyyən edilməyib. Müvafiq məlumat qeyri-formal brifinqin gedişində ABŞ Federal Mülki Aviasiya İdarəsinin nümayəndələri tərəfindən səsləndirilib. Brifinq Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Monreal şəhərində yerləşən mənzil-qərargahında keçirilib. ICAO görüşün keçirildiyini təsdiqləsə də, təfərrüatları bildirməkdən yayınıb.

Xatırladaq ki, "Ethiopian Airlines" aviakompaniyasına məxsus "Boeing 737-MAX 8" təyyarəsi martın 10-da Efiopiyanın paytaxtından 60 kilometr şərqdə qəzaya uğramışdı. Qəza nəticəsində təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olmuşdu. Bu, 5 ay ərzində həmin model təyyarənin iştirakı ilə baş verən ikinci aviasiya qəzası idi. 2018-ci il oktyabrın 29-da İndoneziyanın "Lion Air" aviakompaniyasına məxsus "Boeing 737 MAX" təyyarəsinin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü həlak olmuşdu.

Efiopiyada baş verən qəzadan sonra dünyanın bir çox ölkəsi, o cümlədən ABŞ və Avropa İttifaqı dövlətləri təhlükəsizlik səbəbindən "Boeing 737 MAX" təyyarələrinin istifadəsindən imtina edib və bu laynerlər üçün öz hava məkanlarını bağlayıb. "Boeing" kompaniyasının rəhbəri Dennis Melenberq qəzadan öncə hər iki təyyarənin MCAS (Maneuvering Characteristics Augmentation System - Manevr xarakteristikasını yaxşılaşdırma sistemi) sisteminin işində nasazlıq olduğunu etiraf edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/757638.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR