UTECA-da Məzun yarmarkası keçirilib

UTECA-da Məzun yarmarkası keçirilib
23:17 24 May 2019
116 Digər
Ölkə mətbuatı
A- A+

UTECA-da “Karyeraya bizimlə başla!” devizi altında məzun yarmarkası təşkil edilib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, işaxtaran məzunlarla işəgötürən müəssisə və təşkilatlar arasında əlaqələri gücləndirmək, gənclərin əmək bazarına inteqrasiyasını asanlaşdırmaq məqsədilə təşkil edilən yarmarkada Azərbaycan Texnologiya Universitetinnin (UTECA) məzunları ilə yanası Azərbaycan Dövlət Aqrar Universitetinin, Gəncə Dövlət Universitetinin və Humanitar Kollecin məzunları da iştirak ediblər.
Yarmarkada gənclərə 60-a yaxın xidmət və istehsal müəssisəsi tərəfindən 450 dən çox vakant yer təqdim edilib.
Tələbə və məzunlar təklif edilən iş yerləri ilə maraqlanıb, müvafiq sənədlər veriblər.
Yarmarkadan sonra “Məzun–2019” buraxılış tədbirinə başlanılıb.
Universitetin rektoru, professor Akif Süleymanov məzunları təbrik edib və onlara gələcək fəaliyyətlərində nailiyyətlər arzulayıb.
Qeyd edilib ki, bu il - 45-ci buraxılışda UTECA-nı 570 məzun bitirir. Həmçinin bu il universitetdə 37 magistr da məzun olur.
Rektor sabahın mühəndis və texnoloqlarının təbrik edərək, onların universitetdə aldıqları biliklər sayəsində uğur qazanacaqlarına, ölkəmizin inkişafına töhfələr verəcəklərinə əmin olduğunu bildirib.
Sonra təhsildə fərqlənən məzunlar mükafatlandırılıb və tədbir konsert proqramı ilə davam edib.








Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/uteca-da-mezun-yarmarkasi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR