Azərbaycan ötən il Gürcüstana 240 mln. dollar investisiya yatırıb

Azərbaycan ötən il Gürcüstana 240 mln. dollar investisiya yatırıb
23:22 24 May 2019
106 Digər
Ölkə mətbuatı
A- A+

Ötən il Gürcüstan iqtisadiyyatına 1 mlrd. 232,4 mln. ABŞ dolları həcmində investisiya yatırılıb.
“Report”un Gürcüstan bürosu ölkənin İctimai televiziyasına istinadla xəbər verir ki, bu barədə ötənilki dövlət büdcəsinin icrası haqqında sənəddə bildirilir.
İllik müqayisədə qonşu ölkəyə qoyulan sərmayələrin həcmi 34,9% azalıb.
Hesabat ilində Gürcüstanın ən böyük investoru 240 mln. dollarla Azərbaycan olub. İkinci və üçüncü yerlərdə müvafiq olaraq Böyük Britaniya (203,7 mln. dollar) və Niderland (167,9 mln. dollar) qərarlaşıb.
Sənəddə qeyd olunub ki, 2018-ci ildə ən çox investisiya maliyyə (277 mln. dollar), nəqliyyat (210 mln. dollar) və energetika (157 mln. dollar) sahələrinə yatırılıb.
Dövlət büdcəsinin icrası haqqında sənəd mayın 27-də Gürcüstan parlamentinin büro iclasında təqdim olunacaq.


Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-oten-il-gurcustana-240-mln-dollar-investisiya-yatirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR