Botsvana Respublikası fil ovuna icazə verib

Botsvana Respublikası fil ovuna icazə verib
23:27 24 May 2019
120 Dünya
Ölkə mətbuatı
A- A+

Botsvana Hökumətinin fillərin ovlanmasına yenidən icazə verən qərarı heyvanların müdafiəçilərinin qəzəbinə səbəb olub. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, heyvanlarla insafla rəftar edilməsinə tərəfdar olan beynəlxalq təşkilat bu qərara dərhal mənfi münasibət bildirib. Təşkilat xatırladıb ki, fillərin populyasiyasına onsuz da brakonyerlik təhlükədir, onların ovlanmasına icazə verilməsi isə Botsvana sakinlərinə deyil, qənimət əldə etmək istəyən ovçulara fayda gətirəcək.

Heyvanların beynəlxalq müdafiəsi fondundan bildiriblər ki, hakimiyyət orqanları kənd sakinlərini aldadaraq, bu insanları inandırırlar ki, guya bu qərar onların təhlükəsizliyinə yönəldilib.

Botsvana Respublikasında fil ovu 2014-cü ildə, sabiq prezident Yan Khamın dövründə qadağan edilib. Lakin hazırkı hökumət hesab edir ki, qadağandan sonra bu heyvanların populyasiyası hətta insanlara təhlükə yaradacaq dərəcədə artıb. Bundan sonra ildə 400 başdan çox olmamaqla fil güllələnəcək. Ölkədə ümumilikdə 130 minə yaxın fil yaşayır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/757626.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR