Azərbaycanla Rusiya arasında nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycanla Rusiya arasında nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq müzakirə edilib
23:43 24 May 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

AzərbaycanRusiya arasında nüvə və radiasiya texnologiyaları, nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Rusiyanın nüvə enerjisi üzrə dövlət korporasiyası “Rosatom”un nümayəndə heyəti arasında görüş olub.

360 təşkilatı özündə birləşdirən nüvə enerjisi üzrə beynəlxalq korporasiya şirkəti və Azərbaycan tərəfinin rəsmiləri ümumi əlaqələrin durumu, gələcək perspektiv üzrə müzakirələrin keçirilməsi haqqında danışıqlar aparıblar.

Tərəflər nüvə elmləri, nüvə və radiasiya texnologiyaları, nüvə enerjisindən dinc məqsədlərlə istifadə və digər sahələrdə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Görüşdə Rusiya tərəfindən “Rosatom” şirkətinin direktor müavini Spasskiy Nikolay Nikolayeviç, Merten Aleksandr Aleksandroviç və “Rusatom” Beynəlxalq Şəbəkəsinin direktoru iştirak edib.

Görüş zamanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Nüvə Tədqiqatları Mərkəzi ilə “Rosatom” dövlət korporasiyasının qurumları arasında kadr hazırlığı, nüvə-elmi tədqiqatlar işinin aparılması və gələcək perspektivlər müzakirə edilib.

Danışıqların əsas mövzusu “Rosatom” şirkəti ilə Azərbaycanın Milli Nüvə Tədqiqatları Mərkəzi arasında nüvə fizikası və reaktoru sahəsində mütəxəssisin hazırlanması, gələcəkdə bu işlərin genişləndirilməsi olub.

Azərbaycanın Milli Nüvə Tədqiqatları Mərkəzinin böyük nüvə reaktoru və digər avadanlıqların olmadığını nəzərə alaraq “Rosatom” şirkətinin qurumları ilə bu istiqamətdə geniş işlər görüləcəyi qərara alınıb.

Bundan başqa milli nüvə, elmi tədqiqat obyektlərinin qurulması, iki şirkət arasında bu istiqamətdə qarşılıqlı memorandumun diplomatik qaydada imzalanması məsələsinə də toxunulub.

Növbəti mərhələdə “Rosatom” şirkətinin böyük nümayəndə heyətinin Azərbaycana gəlişi və nüvə konfransının keçirilməsi planlaşdırılır. Azərbaycanlı mütəxəssislərin mütəmadi olaraq “Rosatom” şirkətinin keçirdiyi layihələrdə iştirakı və təcrübə mübadiləsi nəzərdə tutulub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/energy/3067620.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR