​Pantiç "Bakı"ya qayıdacaq? - açıqlama

​Pantiç "Bakı"ya qayıdacaq? -   açıqlama
15:57 15 Yanvar 2015
133 İdman
Ölkə mətbuatı
A- A+

"Rəhbərlik klubun akademiyasına böyük sərmayə yatırıb və hazırda onun bəhrəsini görürük. Cari mövsüm başa çatdıqdan sonra yüksək liqaların klublarından bir neçə adlı-sanlı futbolçu transfer oluna bilər. Bu da gənclərin peşəkarlarla yanaşı oynayaraq daha çox təcrübə toplamasına şərait yaradacaq". Fanat.az xəbər verir ki, bu sözləri "Bakı"nın meneceri Vüqar Əliyev deyib.


Onun sözlərinə görə, əsas komandanın sabiq baş məşqçisi Milinko Pantiç yenidən Azərbaycana qayıda bilər. Lakin bu, klub prezidenti Hafiz Məmmədovun qərarından asılı olacaq: "İspaniyada olarkən "Atletiko" rəhbərliyi ilə görüşlər keçirildi. "Bakı" həmişə onlara dəstək olduğundan bizə öz köməklərini təklif etdilər. Bildirdilər ki, Milinko Pantiç və məşqçilər heyətini yenidən "Bakı"ya göndərə bilərlər. Lakin onların gəlib-gəlməyəcəyinə Hafiz müəllim qərar verəcək".


Əliyev təmsil etdiyi klubun hazırkı maddi vəziyyəti ilə əlaqədar serbiyalı mütəxəssisə çəkiləcək xərclərdən də danışıb. O, Pantiçin Bakıya gələcəyi təqdirdə bütün xərclərin "Atletiko" tərəfindən ödəniləcəyini bildirib.


Qeyd edək ki, hazırda "Bakı" türkiyəli İbrahim Uzunca rəhbərlik edir.//report.az


Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR