Apple şirkəti Çin sanksiyaları nəticəsində gəlirinin 29%-ni itirə bilər

Apple şirkəti Çin sanksiyaları nəticəsində gəlirinin 29%-ni itirə bilər
08:47 25 May 2019
Ölkə mətbuatı
A- A+

ABŞ-ın investisiya bankı olan Goldman Sachs-ın hesablamalarına görə əgər Çin hökuməti Apple şirkətinin məhsullarının Çin bazarına olan yollarını bağlasa Apple şirkətinin gəlirləri 29% aşağı düşəcək. Bu barədə Bloomberg saytına istinadən Macdigger saytı xəbər verib. Apple şirkətinin Çindəki biznesinə zərər verəcək sanksiyaların Çin tərəfindən tətbiq olunma ehtimalının nə dərəcədə yüksək olduğunu Goldman Sachs bankı açıqlamayıb.

Milli.Az technote.az-a istinadən bildirir ki, Çin hökuməti də bu barədə heç bir rəsmi məlumat verməyib. Lakin bu cür ehtimal yenə də var. Qeyd etmək lazımdır ki, ABŞ hökuməti Huawei şirkətini qara siyahıya daxil edib və nəticədə həmin şirkət ilə əməkdaşlığı Google, Intel, Qualcomm və s. kimi şirkətlər dayandırıblar. Apple şirkəti ilə bağlı bu qeyri-müəyyənlik şirkətin bazar dəyərini aşağı salır. Bankın proqnozlarına əsasən yaxın zamanda şirkətin səhm qiymətləri 184$-dan 178$-a düşəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/757554.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR