Latviyada Avropa Parlamentinə seçkilərdə səsvermə başlayıb

Latviyada bu gün saat 07:00-da Avropa Parlamentinə (AP) seçkilərdə səsvermə başlayıb.

Metbuat.az xəbər verir ki, ölkə ərazisində olan 958 və xaricində yerləşən 444 seçki məntəqəsi saat 20:00-a qədər açıq olacaq.

Mərkəzi Seçki Komissiyası gün ərzində saat 08:00-dan, 12:00-dan, 16:00-dan 20:00-dan sonra seçicilərin sayı barədə məlumat verəcək.

Latviyada Avropa Parlamentinə seçkilərdə ilkin nəticələri Mərkəzi Seçki Komissiyası, 26-27 May tarixləri arasında gecə yarısı elan edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR