Bakıda faciəvi hadisə - Qadın doğuş zamanı öldü

Bakıda faciəvi hadisə - Qadın doğuş zamanı öldü
09:58 25 May 2019
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Publika.az xəbər verir ki, dünən Pirallahı qəsəbəsində yerləşən 10 saylı Birləşmiş Şəhər xəstəxanasına 1985-ci il təvəllüdlü Əsgərova Samirə Yusif qızı gətirilib.

Qadının əməliyyat yolu ilə uşaq dünyaya gətirməsinə qərar verilib və o, saat 15-də əməliyyatxanaya aparılıb. Lakin 34 yaşlı qadın saat 17 radələrində doğuş zamanı qanitirmədən ölüb.

Bildirilir ki, doğuş zamanı asfiksiya (kəskin tənəffüs çatışmazlığının ən ağır formasıdır -red.) ilə oğlan dünyaya gəlib. Hazırda körpənin vəziyyəti orta-ağırdır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/279872.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR