UEFA prezidenti: “Heç nəyi dəyişmək lazım deyil”

UEFA prezidenti: “Heç nəyi dəyişmək lazım deyil”
10:29 25 May 2019
92 Digər
Ölkə mətbuatı
A- A+

UEFA-nın prezidenti Aleksander Çeferin Çempionlar Liqasının format dəyişikliyinin əleyhinədir.
 
ONA-nən məlumatına görə, sloveniyalı funksioner Almaniyanın “Şpigel” nəşrinə müsahibəsində qitənin ən nüfuzlu klub turnirini gözləyən yeniliklər barədə fikirlərini açıqlayıb.
 
51 yaşlı balkanlı bildirib ki, yenilikləri dəstəkləməsə də, yekun qərarı başçılıq etdiyi qurum verəcək: “Əgər məndən soruşursuzsa, heç nəyi dəyişmək lazım deyil. Amma UEFA Avropa Klublar Assosiasiyası tərəfindən irəli sürülən təklifləri müzakirə edir. Artıq UEFA bunlardan birinə - avrokubok matçlarının həftəsonu istirahət günləri keçirilməsi məsələsinə veto qoyub. Bu, baş verməyəcək”.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/315676

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR