Metroda eskalator qırıldı

Metroda eskalator qırıldı
16:01 15 Yanvar 2015
138 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı metrosunda həyəcan yaşanıb.

ANS PRESS-in məlumatına görə, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev lent.az-a açıqlamasında, bu gün saat 14.00 radələrində metronun "Elmlər Akademiyası" stansiyasında eskalatorun qırıldığını bildirib.

Onun sözlərinə görə, hadisəyə səbəb sərnişinlərdən birinin eskalatora əşya atması olub.

“Əşya eskalatorun darağını qırıb. Dərhal həmin eskalatorun fəaliyyəti dayandırılıb. Ehtiyat eskalatoru işə salınıb”- deyə Paşayev bildirib.

Qeyd edək ki, “Elmlər Akademiyası” stansiyasında eskalatorda nasazlıq bu gün səhər saatlarında, 08.48-də də olmuşdu və bu sərnişinlərin qorxu və həyəcan keçirməsinə səbəb olmuşdu.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=319884

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR