ABŞ-da təyyarə Atlantik okeana düşüb

ABŞ-ın Florida ştatında təyyarə qəzası baş verib.

Metbuat.az xəbər verir ki, "Cessna" tipli biznes təyyarəsi Florida sahilləri yaxınlığında qəza uğrayaraq Atlantik okeana düşüb.

ABŞ Federal Aviasiya idarəsinin "Twitter" səhifəsində yayılan məlumata əsasən, təyyarənin pilotu qəza nəticəsində həlak olub. Təyyarədə ondan başqa heç kim olmayıb. Dispetçerlərin sözlərinə görə, qəzadan təxminən bir saat əvvəl pilotla əlaqə kəsilib.

Kənan Məmmədov / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR