Everestdəki tıxacda 10 nəfər həlak olub

Dünyanın ən hündür zirvəsi olan Everestdə on nəfər həlak olub.

Metbuat.az xəbər verir ki, zirvənin axırıncı qurbanı 44 yaşlı britaniyalı Robin Xeynes Fişer olub.

O mayın 25-də yüksəklikdən eniş zamanı həlak olub. Yaxşı hava şəraiti ilə bağlı Evereseti fəth etmək istəyən insanların sayı artıb. Bu isə zirvədə böyük tıxaca səbəb olub.

Dörd alpinist mayın 23–də bu səbəbdən ölüb. 27 yaşlı Nihal Bagvan 12 saatdan artıq bir müddət zirvədə tıxacda gözlədikdən sonra həyatını itirib.

Mayın 22-də isə amerikalı Con Kaş oksigen azlığı ilə əlaqədar hündürlük xəstəliyindən zirvədən enərkən ölüb. Nepal Turizm Departamentinin direktorunun sözlərinə görə, Himalayda dağlıq mövsümün başlanmasından bu günə qədər səkkiz zirvə fəthi üzrə 20 nəfər ölüb.

Kənan Məmmədov / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR