Bakıda hərəkətdə olan avtomobilin təkəri çıxdı - FOTO

Bakıda hərəkətdə olan avtomobilin təkəri çıxdı - FOTO
16:49 25 May 2019
115 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda qəza olub.
 
ONA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə paytaxtın Ziya Bünyadov prospektinin Binəqədi rayonuna düşən hissəsində qeydə alınıb. “Koroğlu” metro stansiyası istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobilin arxa sol təkəri qəfil çıxaraq əks istiqamətdə hərəkətdə olan “VAZ-2106” markalı maşına dəyib. “Mercedes” markalı maşın isə yoldan çıxaraq beton səkiyə çırpılıb.
 
Hadisə nəticəsində yolda bir neçə avtomobil qəza vəziyyətinə düşüb.
 
Həmçinin qəza nəticəsində prospektdə tıxac yaranıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/315719

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR