Şəkidə güclü külək ağacı aşırdı, fəsadlar törətdi

Şəkidə güclü külək nəticəsində ağac aşıb.

Metbuat.az-ın məlumatına görə, hadisə nəticəsində M.Ə.Rəsulzadə küçəsindəki 333B nömrəli evə ciddi ziyan dəyib.

Ev sahibi Məlahət Davudova deyib ki, hadisə saat 17:00 radələrində qeydə alınıb: "Ağac aşan zaman evdə deyildim. Ağacın aşmasına görə, darvaza və hasar aşıb. Məhəllənin qaz və işığında problem yaranıb".

Şəki şəhər İcra Hakimiyyətinin nümayəndəsi Rasim Həsənov bildirib ki, hadisə nəticəsində evin qaz və elektrik xəttinə ziyan dəyib: "Hazırda Şəki şəhərində ağac aşması ilə bağlı 6-7 müraciət daxil olub, ciddi fakt olmayıb. Kəndlərdən də güclü küləyin fəsadları, ağac aşması ilə bağlı məlumatlar daxil olur".

R.Həsənov bildirib ki, hazırda "Azəriqaz" və "Azərişıq"ın nümayəndələri ərazidədir və hadisənin fəsadları aradan qaldırılır.

Günay Elşadqızı / METBUAT.AZ






Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR