AFFA rəsmiləri ulduzlarla birlikdə - FOTO

AFFA rəsmiləri ulduzlarla birlikdə - FOTO
19:42 25 May 2019
140 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Dənizkənarı Bulvarda UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun Azarkeş Festivalı start götürüb.

Milli.Az AFFA-nın rəsçi saytına istinadən bildirir ki, festivalın ulduz qonaqlarının - ingiltərəli Maykl Ouen və italiyalı Françesko Toldonun iştirakı ilə keçirilən açılış mərasiminə UEFA Avropa Liqasının final oyununun Bakı şəhərində keçirilməsi üzrə yerli Təşkilat Komitəsinin sədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov, AFFA-nın prezidenti Rövnəq Abdullayev, assosiasiyasının I vitse-prezidenti Rauf Əliyev, vitse-prezident Elşad Nəsirov, İcraiyyə Komitəsinin üzvləri və digər rəsmi şəxslər təşrif buyurublar.

Azarkeş Festivalı ictimaiyyətin böyük marağına səbəb olub. Müxtəlif əyləncə qurğuları ilə tanış olan festival ziyarətçiləri, həmçinin Maykl Ouen və Françesko Toldo ilə şəkil çəkdirmək, onlardan imza almaq imkanı da qazanıblar.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda İngiltərənin "Çelsi" və "Arsenal" klubları qarşılaşacaqlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/757951.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR