Qarpızın faydaları

Qarpızın faydaları
21:12 25 May 2019
118 Maraqlı
Ölkə mətbuatı
A- A+

Qarpızı xoşlamayan çətin tapılar. Hər kəsin sevə-sevə yediyi qarpızın faydaları isə saymaqla bitməz. Oruc tutanlar üçün də ən çox tövsiyə olunan qidalardan olan qarpız susuzluğu aradan qaldırmaq, orqanizmdə maye ehtiyatı toplamaq baxımından əvəzolunmaz sayılır.

Qarpız bədəndə artıq kalori yığılmasına yol vermir. Bir porsiya qarpız sadəcə, 80 kalori qazandırır. Qarpız A, C vitaminləri ilə zəngin, potasium qaynağıdır.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bədəndə su ehtiyatının azalmasının qarşısını alır, qarpızın 92 faizi sudan ibarətdir. Qarpızı həm yemək, həm də suyunu süzüb içmək olar. Hər iki halda orqanizmin maye ehtiyacını ödəyi bilir.

Qarpız likopenlə zənginidir. Pomidor, qreyfurt kimi qarpız da qırmızı rəngini və güclü antioksidant olma xüsusiyyətini məhz likopendən alır.

Aparılan araşdırmalara görə, likopen kardiovaskulyar xəstəliklər, bir sıra xərçəng növləri və kataraktanın qarşını ala bilir.

Daha çox likopen mənimsəmək istəyirsinizsə, qarpızın tünd qırmızı hissəsini yemək lazımdır.

Qarpız əzələləri oksigenlə təmin edir, əzələ ağrılarını azaldır, idmandan sonra orqanizmin toparlanmasına kömək edir.

Dəri və saçların sağlamlığı üçün faydalıdır. Orqanizmi toksinlərdən təmizləyir, eyni zamanda qan damarlarını genişləndirir, əzələlərin inkişafında mühüm rol oynayır...

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/755805.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR