Azərbaycanda qanunsuz ov edənlərin aqibəti

Azərbaycanda qanunsuz ov edənlərin aqibəti
16:05 15 Yanvar 2015
75 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda qanunsuz ov edənlər 8000 min manat məbləğində cərimələndilər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qanunsuz ov hallarının qarşısını almaq məqsədilə keçirilən növbəti reyd zamanı Şəki rayonu Biləcik kəndi ərazisində ovla məşğul olan Abbas kənd sakini Hacıalı Yusubov saxlanılaraq ondan 1 ov tüfəngi, 2 patron götürülüb. Qanun pozucusu barəsində akt və protokol tərtib edilərək 1000 manat məbləğində cərimə olunub.

Zaqatala rayonu Kəpənəkçi kəndi ərazisində keçirilmiş reyd zamanı kənd sakinləri Mənsur ZurabovMayıl Qəribov saxlanılıb, onlardan 2 ov tüfəngi, 10 patron götürülüb. Təqsirkar şəxslərin hər biri 1000 manat cərimələnib.

Yevlax rayonu Piriuşağı kəndi ərazisində keçirilmiş reyd zamanı ov edən kənd sakini Ayaz Əliyev saxlanılaraq ondan 1 ov tüfəngi, 10 patron götürülüb. İnzibati xətaya yol vermiş qanun pozucusu barəsində qanunamüvafiq qaydada akt və protokol tərtib edilərək 1000 manat məbləğində cərimə olunub.

Bərdə rayonu Qılınclı kəndi ərazisində ovla məşğul olan İsmayıllı rayon Qoşakənd kənd sakini Vidadi Əliyev və Bakı şəhər sakini Vüqar Əhmədov saxlanılaraq onlardan 3 ov tüfəngi, 30 patron götürülüb. Qanun pozucularının hər biri 2000 manat məbləğində cərimə edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/319204.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR