Üzdə şiddətli ağrılar, titrəmə, zəiflik nəyin əlamətidir?

Üzdə şiddətli ağrılar, titrəmə, zəiflik nəyin əlamətidir?
21:37 25 May 2019
Ölkə mətbuatı
A- A+

Üzdə anidən yaranan şiddətli ağrılar çoxlarını narahat edən bir haldır. Bəzən diş, oynaq ağrısı sayılan bu ağrılar əslində üzdən keçən üçlü sinirin nevralgiyası ilə bağlı yaranır. Üçlü sinirin nevralgiyası nədir?

Milli.Az e-tibb.az-a istinadən nevroloq, uzman həkim Nərgiz Ağayevanın bununla bağlı fikirlərini təqdim edir:

Üçlü sinirin nevralgiyasının әlamәtlәri anidәn başlayır və çox aydın şəkildə özünü göstәrir. Әsas simptomu üzün bir hissәsindә atıcı vә çox şiddәtli ağrıdır. Üzün yarısının vә ya ayrı bir hissәsinin әyriliyi: ağızın, gözün, göz qapağının ucları düşmüş vәziyyәtdә olur.

Zədələnmiş sinirinin innervasiya nayihәsindә vaxtaşırı әzәlәnin dartılması, ümumi zәiflik, titrәmә, baş, əzәlә ağrıları, yuxusuzluq vә nәticәdә qıcıqlanmaq, yorğunluq hissi, üzün zәdәlәnmiş hissәsindә xırda sәpgilәr müşahidə olunur.

Üçlü sinirin nevralgiyasında ağrılar tipik vә qeyri-tipik ola bilәr. Tipik ağrılar xәstәlik zamanı gah sakitlәşir, gah güclәnir. Qeyri-tipik ağrılar isә daima vә üzün böyük hissәsindә olur. Xәstәlik zamanı bu qeyri-tipik ağrılar sakitlәşmir. Bu tip nevralgiyanın müalicәsi daha çәtindir.

Bir pasientdә ağrı gündә bir dәfә, başqa pasientdә isә ağrı hәr saat ola bilər. Ağrı anidәn başlayır, 20 saniyәyә maksimum hәddә çatır vә bir müddәt keçmir.

Xəstənin tez sağalaması və ə müalicənin effekti erkən diaqnostikadan bilavasitə asılıdır. Xәstәlik birinci günündәn müalicә olunmalıdır.

Herpes virusu sәbәbilә әmәlә gәlәn nevritdә, viruslara qarşı preparat tәyin olunur. Güclü ağrılara qarşı ağrıkәsici preparatlar, iltihab proseslәri dayandırmaq üçün iltihab әleyhinә dərmanlar, әzәlә spazmalarını azaldan vә vitamin preparatları tәtbiq edilir.  Fizioterapevtik müalicә elektroforez, parafin-ozokerit, üzün masajı, maqnit terapiyadan ibarәtdir.

Tәәssüf ki, üçlü sinirin nevralgiyası hәmişә tam müalicә olunmur, ancaq ilk simptomlarda hәkimә müraciәt edilsә, pasientin vәziyyәtini olduqca yüngüllәşdirmәk mümkündür.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/757571.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR