Edin Ceko "Roma"nı tərk edir - İDDİA

"Roma"nın hücumçusu Edin Ceko "İnter"ə keçməyə yaxındır.

Metbuat.az xəbər verir ki, bosniya və herseqovinalı futbolçu Milan klubu ilə şəxsi müqaviləsinin şərtlərini razılaşdırıb. "İnter"in bu transfer üçün paytaxt təmsilçisinə 20 milyon avro təzminat ödəyəcəyi bildirilir.

Qeyd edək ki, Cekonun "Roma" ilə 2020-ci ilin yayına qədər müqaviləsi olsa da, "canavarlar" onu satmaq istəyir. Bu mövsüm A Seriyasında 32 oyunda meydana çıxan hücumçu 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR