Zəhərli bal

Zəhərli bal
23:42 25 May 2019
134 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bu bala bəzən "buz balı" da deyilir. Bu bal azaliya, andromed, bataqlıq çiçəkləri və digər müxtəlif zəhərli çiçəklərdən alınan baldır. Bu bal faydalı yox, çox zəhərli baldır. Zəhərli baldan az miqdarda istifadə elədikdə baş ağrıları, ürəkbulanma, qusma, ishal, dəridə solğunluq, ürəkdöyünmə, zəiflik, qaşınma, bəzən isə qıcolmalar meydana çıxır. Balın tərkibində olan zəhərin miqdarı onun tərkibindəki alkoloidlərin, andrometoksinlərin və rododendronların miqdarından asılıdır. Zəhərli balın ətri xoşagəlməz olur.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, Yaponiyada zəhərli arılar zəhəri xotsutsay bitkisindən toplayırlar. Dəfnə çiçəklərindən toplanan balın tərkibində andrometoksin olduğuna görə bu bal da zəhərli bal hesab edilir. Zəhərli balı ən çox Qafqaz bölgəsində yaşayan arılar toplayır. Amma bu bölgədə hansı bitkilərin zəhərli və balverən olması aydınlaşdırılmayıb.
Zəhərli balı yedikdən 20 dəqiqə sonra zəhərlənnmə əlamətləri meydana çıxır. Bu ən çox da zəif və yaşlı adamlarda özünü göstərir.Bu qrupa aid olan adamlar zəhərli bal yedikdə onlarda qusma və ürəkbulanma ilə bərabər yüksək temperatur, gözlərin tutulması, huşun itməsi, nəbzin zəifləməsi baş verir. Bəzən isə nəbzin sayı dəqiqədə 30-a düşə bilir. Bu zaman zəhərlənən adamın üzündə göy ləkələr əmələ gəlməyə başlayır, nəfəsalma çətinləşir, xəstəni soyuq tər basır,əllər və ayaqlar ağrımağa başlayır. Bu əlamətlər 4-5 saat davam edə və xəstədə geridönməz izlər buraxa bilər. Balı yeyən zaman sadalanan əlamətlərin meydana çıxdığı zaman təcili həkimə müraciət etmək lazımdır.
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/755793.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR