Kürəkdə və onurğada ağrilar

Kürəkdə və onurğada ağrilar
23:57 25 May 2019
173 Maraqlı
Ölkə mətbuatı
A- A+

Kürək nahiyyədə və onurğa boyunca ağrılar adətən hərəkətlə bağlı olur. Bəzi admlarda oturanda, duranda, gəzəndə, əyildikdə və hətta yatan zamanlar ağrılar olur. Bu ağrıların səbəbi düzgün durmamaqdır.

Milli.Az immunitet.az-a istinadən bildirir ki, gələcəkdə kürək və onurğa ətrafında ağrıların baş verməməsi üçün bəzi qaydalara əməl eləmək lazımdır. Bu qaydalar aşağıdakılardır:
-şax dayanmaq və şax yerimək
- düzgün oturmaq
- düzğün yatmaq və durmaq
- oturaq vəziyyətdən düzgün qalxmaq
- onurğanı düzgün hərəkət etdirən idmanla məşğul olmaq
- duzu az qəbul etmək
- ağır yük qaldıran zaman yükü hər iki tərəfə eyni miqdarda bölüşdürmək
Şax gəzmək onurğa üçün çox faydalıdır. Şax gəzən zaman fəqərələr və fəqərəarası sinirlər heç bir deformasiyaya məruz qalmır. Uzun müddət eyni vəziyyətdə oturmaq, eyni vəziyyətdə əyri yatmaq kürək nahiyyədə əyilməyə və ağrıya səbəb olur. Buna görə də 1 saat eyni vəziyyətdə kompyuter arxasında oturduqdan sonra 10-15 dəqiqə qalxıb gəzişmək məsləhət görülür. Hərəkət - dayaq sistemi tam inkişaf etməmiş azyaşlı uşaqlarda isə bunu diqqət mərkəzində saxlamaq lazımdır. Çünki hər hansı bir diqqətsizlik uşağın gələcəkdə onurğa problemlərinə səbəb ola bilər.
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/755783.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR