"Bavariya" Almaniya Kubokunu da qazanaraq "qızıl dubl" edib

"Bavariya" Almaniya Kubokunu da qazanaraq "qızıl dubl" edib
00:47 26 May 2019
103 Digər
Ölkə mətbuatı
A- A+

Almaniya Kubokunda "Bavariya" və "Leyptsiq" komandaları arasında final oyunu keçirilib.
"Report"un məlumatına görə, Berlindəki "Olimpiaştadion"da təşkil olunmuş qarşılaşma Münhen təmsilçisinin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 3:0.
Qolları 29-cu və 85-ci dəqiqələrdə Robert Levandovski, 78-ci dəqiqədə isə Kinqsli Koman vurub.
Bununla da "Bavariya" tarixində 19-cu dəfə ölkə kubokuna sahib olub. Bu klub daha əvvəl ölkə çempionluğu da əldə edib. 2009-cu ildə yaradılmış "Leyptsiq" isə ilk finalında darmadağın olub.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/bavariya-almaniya-kubokunu-da-qazanaraq-qizil-dubl-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR