"Valensiya" "Barselona"nı məğlub edərək İspaniya Kubokunu qazanıb

"Valensiya" "Barselona"nı məğlub edərək İspaniya Kubokunu qazanıb
01:17 26 May 2019
112 Digər
Ölkə mətbuatı
A- A+

Sevilya şəhərinin "Benito Vilyamarin" stadionunda "Barselona" və "Valensiya" klubları arasında İspaniya Kubokunun final matçı keçirilib.
"Report" xəbər verir ki, oyun 2:1 hesabı ilə "yarasalar"ın xeyrinə başa çatıb.
Qalib komandanın qollarını Kevin Qameyro və Rodriqo vurub. Kataloniya klubundan isə Messi fərqlənib.
Bununla da "Valensiya" tarixində 8-ci dəfə İspaniya Kubokunun sahibi olub. "Yarasalar" daha əvvəl 2008-ci ildə kuboku qazanmışdılar.
İspaniya Kuboku. Final
"Barselona" – "Valensiya" - 1:2
Qollar: 0:1 – Qameyro – 21, 0:2 – Rodriqo – 33, 1:2 – Messi – 73


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/valensiya-barselona-ni-meglub-ederek-i-spaniya-kubokunu-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR