21 ölkədə Avropa Parlamentinə seçkilər keçiriləcək

21 ölkədə Avropa Parlamentinə seçkilər keçiriləcək
07:15 26 May 2019
121 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bu gün Avropa İttifaqında (Aİ) Avropa Parlamentinə seçkilərdə səsvermənin əsas mərhələsi keçiriləcək.

Trend-in məlumatına görə, Avropa İttifaqına daxil olan 7 ölkənin (Niderland, Böyük Britaniya, İrlandiya, Çexiya, Slovakiya, LatviyaMalta) vətəndaşları 23-25 may tarixlərində artıq səs veriblər.

Bu gün səsvermə digər 21 ölkədə keçiriləcək. Səsvermənin nəticələri mayın 26-sı axşam saatlarında elan ediləcək.

Avropa Parlamentinə növbəti müddət üçün (2019-2024) 751 deputat seçiləcək. Hər ölkədən deputatların sayı əhalinin sayına görə təyin edilib. Ən çox deputat mandatı Almaniyada - 96, ən az isə Kipr, Malta və Lüksemburqdadır - 6.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3068083.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR