Hakim özü vurduğu qolu qeydə aldı - KURYOZ HADİSƏ (VİDEO)

Hollandiya 4-cü divizionunda kuryoz qol qeydə alınıb.

Metbuat.az xəbər verir ki, “Harkemas Boys” -“HSV Huk” oyununda matçın baş hakimi meydan sahiblərinin qapısına qol vurub. Referi düzgün mövqe seçmədiyindən qonaqların qapı önünə göndərdiyi top onun ayağına dəyərək qapıya daxil olub.

Baş hakim oyun qaydalarına əsasən qolu qeydə alıb. Çünki hakim də oyunun tərkib hissəsidir. Referinin qolu qonaqları məğlubiyyətdən xilas etməyib. Görüş “Harkemas Boys”un 4:2 hesablı qələbəsi ilə başa çatıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR