Kürdəmirdə yük maşını traktora çırpılıb

Kürdəmirdə yük maşını traktora çırpılıb
19:17 26 May 2019
115 Digər
Ölkə mətbuatı
A- A+

Kürdəmir rayonunda yol qəzası baş verib.
"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə bu gün saat 18:00 radələrində Bakı-Qazax yolunun 186 km-də, Kürdəmirin Çöhranlı kəndindən keçən hissəsində qeydə alınıb.
1984-cü il təvəllüdlü Kürdəmir rayon sakini Məmmədov Samir Sərxan oğlu qoşqulu traktorla Bakı istiqamətində hərəkətdə olan zaman, Özbəkistan vətəndaşı, hazırda isə Salyan rayonunda qeydiyyatda olan 1957-ci il təvəllüdlü Əsədov Əli Ağayeviç idarə etdiyi "Kamaz" markalı yük maşını ilə arxadan ona çırpılıb. Nəticədə sürücülərdən xəsarət alan olmasa da, avtomaşınlara ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.








Xəbərin orijinal ünvanı: https://report.az/hadise/kurdemirde-yuk-masini-traktora-cirpilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR