“Gucci” kosmetik xəttini yenidən işə saldı

“Gucci” kosmetik xəttini yenidən işə saldı
21:27 26 May 2019
109 Maraqlı
Ölkə mətbuatı
A- A+

Tanınmış lüks brend "Gucci" yenidən şəxsi kosmetik vasitələrin istehsalı ilə məşğul olacaq. Bu marka adı altında birinci kosmetik vasitələrin istehsal 2014-cü ildə olmuşdu.

Milli.Az facemark.az-a istinadən bildirir ki, bu haqda "Vedomosti" nəşri yazıb.

Kosmetik vasitələrin istehsalı ilə hələ 2015-ci ildə şirkətdə kreativ direktor vəzifəsini tutan Alessandro Mikele məşğul olurdu. Onun kolleksiyasında göz, dodaq və bədən üçün vasitələr var idi. Birinci konsepsiyanı markanın əvvəlki direktoru Frida Cannini və vizajist Pet Makqrat ilə birlikdə ərsəyə gətirilmişdi. Məhsulun istehsalı və yayılması ilə isə "Procter & Gamble" şirkəti məşğul olurdu.

"Procter & Gamble" şirkəti 2016-cı ildə "Gucci Beauty"ni Coty markasına satdı. Həmin vaxt mağazalar qalan malları satıb qurtarırdı və yeni kosmetik məhsullar satılmırdı və istehsal edilmirdi.

2017-ci ildə "Coty" Mikel ilə birlikdə "Bloom" ətrini yaratdılar. 2019-cu ildə isə "Alchemist Garden"i, həmçinin yenilənən "Guilty" və "Flora"nı..

Həmçinin may ayında dodaq üçün boyalar: "Rouge à Lèvres Voile" klassik boyaları, blesk ilə dodaq boyası "Rouge à Lèvres Satin" və dodaq üçün rəngli dodaq balzamları istehsal etdilər. Bütün məhsulların qiyməti cəmi 38 dollar edir. Bu isə bazardakı oxşar məhsullar ilə müqayisədə aşağı qiymətdir. Başqa məhsulların nə vaxt buraxılması haqqında hələki heç bir informasiya yoxdur.

Qeyd edək ki, "Gucci" yeni reklam kampaniyasında streotiplərdən imtina etməyə çağırış edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/757656.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR