Qadınlara ilham olan Mişel Obamadan 18 söz

Qadınlara ilham olan Mişel Obamadan 18 söz
21:37 26 May 2019
105 Maraqlı
Ölkə mətbuatı
A- A+

Amerikanın sabiq prezidenti Barak Obamanın həyat yoldaşı, Mişel Obama, ana, yazıçı və stil ikonudur. Amerika Birləşmiş Dövlətlərinin "First Lady"si olduğu 8 il ərzində, bütün dünyadakı qadınlar üçün ilham qaynağı olmağı bacarmışdı.

Milli.Az facemark.az-a istinadən bildirir ki, qadınlar üçün ədalət bərabərliyi, qızlar üçün təhsil haqqı, sağlam yaşayış üçün işlər etdi. Zamanımızın inqilabçı qadınlarından biri olduğunu deyə bilərik. Həmçinin son bir neçə il boyunca dediyi inanılmaz bilgi və motivasiya daşıyan sözləri bütün insanlara cəsarət verir.

1."Uğur qazandığınız pulun miqdarı ilə bağlı deyil. Uğur, insanların həyatlarında yaratdığınız toxunuş ilə bağlıdır".

2."Qorxma. Fokuslan. Qərar ver. Ümidli ol. Güclü ol.

3. Qızların təhsil aldığı ölkələr daha güclü və daha uğurlu olur.

4. Qadınların potensialını kəşf etməyən və vətəndaşlarının yarısının faydasından məhrum qalan ölkələr inkişaf edə bilməz.

5. Uğurunuzun davamlılığını tək yolu, xəyallarınıza çatmaq üçün çox çalışmaq və çox çalışmaq üçün də istəkli olmaqdır.

6."Kim olursunuzsa olun, haradan gəldiyiniz önəmli deyil, Gözəlsiniz".

7."Geridə qalan cəmiyyət ilə inkişaf edən cəmiyyət arasındakı tək fərq, dəyər göstərilən qadınların varlığıdır".

8. "Hər zaman özünüzə qarşı dürüst olun və əsla birinin dediklərinin sizin hədəflərinizdən uzaqlaşmasına icazə verməyin".

9."Qadınlar olaraq özümüz üçün ayağa qalxmalıyıq. Qadınlar olaraq bir-birimiz üçün ayağa qalxmalıyıq. Qadınlar olaraq hər kəs üçün, ədalət üçün ayağa qalxmalyıq!".

10. "Yenilikləri kəşf edin. Qorxmayın. Komfort zonanızdan çıxın və yüksəlin".

11. "Yaşadığınız çətinliklərin və uğursuzluqların cəsarətinizi qırmasına və yox çıxmasına icazə verməyin. Bunun əvəzinə sizə ilham vermələrinə icazə verin".

12."Çalışmağıma ən çox kömək edən şey, özümdən şübhə etməyimdir".

13. "Qorxu və nə olacağını bilmədiyiniz halda, qərar almamalısınız. Ümid və ehtimalın əsasında qərarlar verin".

14. "Gələcəyim sadəcə standart bir testdəki performansımla müəyən edilsəydi, burada olmazdım. Buna təminat verirəm".

15. "Həyatlarının başlanğıcından qızların ətrafdakı insanlar tərəfindən sevilməsi və onlardan ilham alması nəticəsində nəyin mümkün ola biləcəyinə nümunəyəm. Həyatım boyu mənə gücü, hörməti öyrədən mükəmməl qadınlar ilə tanış oldum".

16. "Həqiqətən güclü olan insanlar, başqalarını gücləndirir. Doğrudan da güclü insanlar, başqalarını bir araya gətirir".

17. "İnanclarıma və dəyərlərinə bağlı qaldıqca, öz əxlaqı prinsplərimə sadiq qaldıqca, tək gözləntinin "öz gözləntilərim" olduğunu öyrəndim".

18. "Böyük rəsmin dəyişdirilməsi zaman alır. Və ediləcək ən yaxşı şey həyatımızda edə biləcəyimiz işlərə fokuslanmaqdır. Bunların hamısını ediriksə, bu həqiqi dəyişikliyin asan yoludur".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/757661.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR