"Yuventus"dan Qvardiola açıqlaması

"Yuventus"dan Qvardiola açıqlaması
21:57 26 May 2019
143 İdman
Ölkə mətbuatı
A- A+

"Yuventus"un idman direktoru Fabio Paratiçi "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola ilə danışıq apardıqları ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, klub rəsmisi ispaniyalı mütəxəssislə maraqlanmadıqlarını söyləyib:

"Bizim Qvardiola ilə bu barədə heç bir danışığımız olmayıb. Onun "Mançester Siti" ilə müqaviləsi var. Açığı, bu cür söhbətlər çox qəribə səslənir".

Qeyd edək ki, "Yuventus"un hazırkı baş məşqçisi Massimiliano Alleqri mövsümün sonunda Turin klubundan ayrılacağını açıqlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/758143.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR