Zaqatalada ildırım evi yandırdı

Zaqatalada ildırım evi yandırdı
00:53 27 May 2019
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Zaqatala rayonunda yaşayış evini ildırım vurub.

Publika.az xəbər verir ki, Aşağı Tala kənd sakini Ramazan Şabanova məxsus ikimərtəbəli fərdi yaşayış evi ildırım vurması nəticəsində yanıb.

Hadisə yerinə FHN-in Zaqatala rayon DYMH-nin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb olunub. Ümumi sahəsi 156 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsində mətbəxin və hamam otağının yanar konstruksiyaları 12 m² sahədə və 1 ədəd məişət texnikası yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisəsi zamanı ailə üzvləri evdə olub. Xəsarət alan olmayıb.

Qeyd edək ki, hazırda şimal-qərb bölgəsində güclü küləklə müşahidə olunan yağış yağır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/279999.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR