Avtobus dayanacağında DƏHŞƏT: Boğazını kəsdi - FOTO

Türkiyənin Muğla şəhərində Antalyaya getmək üçün bilet tapmayan şəxs boğazını kəsib.

Metbuat.az Türkiyə KİV-nə istinadən bildirir ki, hadisə dünən gecə saat 23:30 radələrində Muğlada avtobus dayanacağında baş verib. Antalyada qulluq vasitələri satan Aycan Yetişkin adlı şəxs Antalyaya getmək üçün bir beçə firmadan bilet axtarıb. Ancaq bilet tapılmadığı üçün Yetişkin əsəbləşib. Əsəblərinə hakim ola bilməyən şəxs yaxınlıqdakı kafedən bıçağı götürərək boğazını kəsib.

Hadisə yerinə təcili yardım və polis əməkdaşları gəlib. Yaralının həyati təhlükəsinin olduğu deyilir.

Polis hadisə ilə bağlı araşdırma aparır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR