Kənan MM-dən Respublika günü ilə bağlı türk serialında bayraq jesti - FOTO

Kənan MM-dən Respublika günü ilə bağlı türk serialında bayraq jesti - FOTO
11:22 27 May 2019
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı aktyor və rejissor Kənan MM Türkiyədə yayımlanan "Savaşçı"serialında maraqlı addım atıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, serialın mövsüm finalında Azərbaycan bayrağı ilə bağlı jest edib. O bildirib ki, bunu 28 may - Respublika günü ilə əlaqədar edib.

Serialın final səhnəsində Turan ordusunun əsgərləri hərə öz bayrağını ucaldır. Kənan isə Azərbaycan bayrağını öpərək səmada dalğalandırıb.
Serial ilə bağlı məlumat verən aktyor bildirib ki, gələn mövsümdə də "Savaşçı" serialında rol alacaq.

Qeyd edək ki, Kənan MM uzun müddətdir "Savaşçı" serialında yüzbaşı Bəxtiyar obrazını canlandırır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/758208.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR