İrandan gələn Azərbaycan vətəndaşının düz bağırsağında heroin aşkarlanıb

İrandan gələn Azərbaycan vətəndaşının düz bağırsağında heroin aşkarlanıb
11:22 27 May 2019
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İrandan Azərbaycana narkotik vasitə və psixotrop maddə keçirmək istəyən şəxs saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, piyada yolla İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşı Astara gömrük postunda saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama zamanı vətəndaşın üzərində qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasada, daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb.

Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan tibbi müayinə nəticəsində vətəndaşın düz bağırsağından, şəffaf sellofana bükülü 4 ədəd bağlamada 112 qram təşkil edən açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, çəkisi 11 qram təşkil edən psixotrop maddə - metamfetamin və 28 ədəd açıq qəhvəyi rəngli, üzərində "F/M40" nişanəsi olan "metadon" adlı dərman preparatı aşkarlanıb.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin" I Siyahısına, metadon isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin" II Siyahısına daxildir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3068442.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR