BANM: Məzunlarımız asanlıqla iş tapa bilirlər

BANM: Məzunlarımız asanlıqla iş tapa bilirlər
11:27 27 May 2019
88 Digər
Ölkə mətbuatı
A- A+

2018-ci ildə Bakı Ali Neft Məktəbindən (BANM) “Neft-qaz mühəndisliyi” ixtisası üzrə 35 nəfər, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə 16 nəfər və “Kimya mühəndisliyi” ixtisası üzrə 41 nəfər olmaqla cəmi 92 nəfər məzun olub.
Ali Məktəbdən "Report"a verilən məlumata görə, tanınmış dünya universitetlərinin təcrübəsinə əsaslanaraq tədris proqramında ən son texnoloji nailiyyətləri tətbiq edən BANM keçən il ikinci buraxılış məzunlarını yola salıb.
Bildirilib ki, dünyada tətbiq olunan beynəlxalq standartların tələbləri səviyyəsində tədris prosesini həyata keçirən Ali Məktəbin məzunları enerji sektorunda fəaliyyət göstərən şirkətlərə işə düzəlməkdə çətinlik çəkmirlər. BANM-da təhsil alan tələbələr hər il tədris proqramlarının bir hissəsi kimi həmin şirkətlərin əksəriyyətində istehsalat təcrübə proqramları keçirlər ki, bu da məzun olmalarına qədər həm şirkətlərin onları, həm də tələbələrin şirkətləri yaxından tanımasına real imkan yaradır.
Bundan başqa, enerji sektorunun nüfuzlu şirkətləri ilə sıx əməkdaşlıq və dostluq münasibətləri quran BANM-da həmin şirkətlərin rəhbər şəxsləri, menecerləri tədris müddəti ərzində mütəmadi olaraq tələbələrə master-klasslar, təlim və seminarlar keçir. Bu da tələbələrin həmin şirkətlərin fəaliyyətinə maraq göstərməsinə, gələcəkdə özlərini həmin şirkətlərin əməkdaşı kimi görməsinə imkan yaradır.
Prezident İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” siyasətini əldə rəhbər tutaraq fəaliyyət göstərən Ali məktəbin məzunlarının əksəriyyəti artıq aparıcı şirkət və müəssisələrdə işləməyə başlayıb. Məzunlar arasında ixtisasları üzrə işləyən və eyni zamanda təhsilini davam etdirənlər var.
Məzunların məşğuliyyəti haqqında geniş məlumatı özündə əks etdirən “Məzunlarımız haradadır?” adlı jurnalın nəşri Ali məktəbdə ənənə halına çevrilib. BANM-ın eyni adlı jurnalının 2018-ci il məzunlarına həsr olunmuş 2-ci buraxılışı ictimaiyyətə təqdim olunub.
Mühəndislik ixtisasları üzrə beynəlxalq səviyyədə qəbul edilən BANM-ın məzunlarının çalışdığı müəssisələr üzrə statistika aşağıdakı kimidir:
Şirkət/Təşkilat Ümumi say SOCAR 28 BAKI ALİ NEFT MƏKTƏBİ 6 BP 6 PETKİM (TÜRKİYƏ) 4 SCHLUMBERGER 3 MAİRE TECNİMONT 3 GİLAN HOLDİNG 3 SAİPEM 3 BAKER&HUGES a GE Company 2 PAŞA BANK 2 SOCAR POLYMER 2 SOCAR KBR 2 “ÜMİD BABƏK” Əməliyyat Şirkəti 1 SOCAR DALĞIC 1 SOCAR AQS 1 EMERSON 1 SOCAR FOSTER WHEELER 1 WorleyParsons 1 USE Study Group 1 CƏMİ 71 nəfər
Universitet Ölkə Say Bakı Ali Neft Məktəbi Azərbaycan 15 nəfər Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti Macarıstan 4 nəfər Luiziana Universiteti ABŞ 2 nəfər Norveç Elm və Texnologiya Universiteti Norveç 2 nəfər Milan Politexnik Universiteti İtaliya 2 nəfər Pusan Dövlət Universiteti Cənubi Koreya 1 nəfər Münxen Texniki Universiteti Almaniya 1 nəfər Otto von Guericke Magdeburg Universiteti Almaniya 1 nəfər Dortmund Texniki Universiteti Almaniya 1 nəfər Ondokuz Mayıs Universiteti Türkiyə 1 nəfər CƏMİ 30 nəfər
Qeyd edək ki, Bakı Ali Neft Məktəbinin əsas məqsədi neft-qaz, kimya və proseslərin avtomatlaşdırılması mühəndisliyi üzrə mühəndislik, texnologiya və dizayn kimi sahələrdə peşəkar ingilis dili bilikləri və bacarıqları olan yeni nəsil mühəndis kadrları hazırlamaqdır.


Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/banm-mezunlarimiz-asanliqla-is-tapa-bilirler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR