Beyləqanda piyadanı vurub qaçdığı sürücü HƏBS EDİLDİ

Beyləqanda piyadanı vurub qaçdığı sürücü HƏBS EDİLDİ
11:29 27 May 2019
85 Digər
Ölkə mətbuatı
A- A+

Beyləqan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçan şəxs saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 14-də Ağcabədi rayon sakini M.Məmmədovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınan “Mercedes” markalı avtomobilin sürücüsü, Ağcabədi rayon sakini X.Sarıyev saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/315821

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR