"Mançester Yunayted" əfsanələrin oyununda "Bavariya"nı darmadağın etdi - VİDEO - FOTO

"Mançester Yunayted" əfsanələrin oyununda "Bavariya"nı darmadağın etdi - VİDEO - FOTO
11:32 27 May 2019
121 İdman
Ölkə mətbuatı
A- A+

Dünən "Mançester Yunayted" və "Bavariya" klubları arasında Çempionlar Liqasında 1998-1999 mövsümünün final oyununun 20 illik yubileyi münasibətilə xeyriyyə matçı keçirilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Old Trafford"da təşkil olunan görüşdə 20 il əvvəlki finalda üz-üzə gələn komandaların əfsanələri meydana çıxıblar. "Mançester Yunayted"in heyətində Kasper Şmeyxel, Qari Nevill, Yaap Stam, Devid Bekhem, Pol Skoulz və Ole-Qunnar Sulşer, "Bavariya"da isə Lotar Mateus, Ze Roberto, İvitsa Oliç, Roy Makaay və Covanni Elber kimi veteran futbolçular forma geyiniblər.

Qarşılaşma ingilislərin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Sulşer, Dvayt York, Niki Batt, Lui Saa və Bekhem vurublar.

Qeyd edək ki, 20 il əvvəl keçirilən final oyununda da "Mançester Yunayted" qalib gəlmişdi. Sadəcə, həmin vaxt hesab 2:1 olmuşdu. 6-cı dəqiqədə geri düşən "qırmızı şeytanlar" əsas vaxta əlavə olunmuş 1-ci və 3-cü dəqiqələrdə fərqlənərək, kuboka sahib çıxmışdılar. Maraqlıdır ki, həmin matçda qələbə qolunu hazırda "Mançester Yunayted"in baş məşqçisi olan Sulşer vurmuşdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/758196.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR