Tüfənglə atasının kürəyindən vurdu - POLİS YAXALADI

Tüfənglə atasının kürəyindən vurdu - POLİS YAXALADI
12:39 27 May 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

Mayın 26-da Ağcabədi rayonunun Bilağan kənd sakini İ.Tağıyev münaqişə zəminində atası M.Tağıyevin kürək nahiyəsinə tüfəngdən açdığı atəşlə xəsarət yetirib. Daha sonra o,  hadisə yerini tərk edib.
 
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
 
Xəbərə görə, M.Tağıyev xəstəxanaya yerləşdirilib. Bu barədə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olan kimi Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər görülüb.
 
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən İ.Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb.
 
Hadisə yerinə baxış zamanı onun bu cinayəti törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.
 
Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/315829

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR