Yaponiya ABŞ iqtisadiyyatına 2,2 mlrd. dollardan çox sərmayə yatırıb

Yaponiya ABŞ iqtisadiyyatına 2,2 mlrd. dollardan çox sərmayə yatırıb
12:42 27 May 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

Son iki il ərzində Yaponiya ABŞ iqtisadiyyatına 2,2 mlrd. dollardan çox investisiya yatırıb.
“Report”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Yaponiyanın Baş naziri Sindzo Abe bildirib.
Abe əlavə edib ki, ABŞ prezidenti Donald Trampın səlahiyyətlərini icra etməyə başladığı andan Yaponiya ABŞ iqtisadiyyatına fəal investisiya yatırır və bunu davam etdirəcək.
“Təkcə son bir ay ərzində avtomobil və energetika sahəsində həyata keçirilən investisiyaların həcmi 9,7 mln. dollar artıb”,- deyə Abe qeyd edib.
Xatırladaq ki, Amerikalı orezidenti Donald Tramp Yaponiyaya səfər edib. O, Yaponiyanın yeni imperatoru Naruxito ilə görüşmüş ilk xarici prezident olub. 


Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/yaponiya-abs-iqtisadiyytina-2-2-mlrd-dollardan-cox-yatirim-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR