Məhsullarımıza tələbat artıb

Məhsullarımıza tələbat artıb
16:16 15 Yanvar 2015
138 Digər
Ölkə mətbuatı
A- A+

"Rusiya qərb məhsullarına qarşı sanksiyalarından sonra Azərbaycan Rusiyanın ərzaq bazarında öz payını əhəmiyyətli dərəcədə artırıb.

ANS PRESS-in məlumatına görə, bunu Rusiyanın "Rosselxoznadzor" sədrinin köməkçisi Aleksey Alekseyenko bildirib.

O "Vestnik Kavkaza" müsahibəsində deyib ki, bu barədə alma idxalı ilə bağlı bu yaxınlarda açıqlanan statistika bunu deməyə əsas verir. Ötən il mövsümün 5 ayında Azərbaycan Rusiya Federasiyasına 33 min ton alma ixrac edib. Bu, sırada sonrakı yeri Serbiya və Çin tutur. 2013/2014 mövsümün analoji dövründə Polşa və Moldova alma ixracında lider idi, ancaq ərzaq embarqosu bazarda qüvvələrin yerini tamamilə dəyişdirib.

Onun sözlərinə görə, əvvəl Rusiya bazarı Polşa almaları ilə dolmuşdu. Polşadan alma ixracı o qədər əminliklə qaydaya salınmışdı ki, başqa ixracatçılar üçün bazarda yer qalmırdı. Bizim sanksiyalara iqtisadi cavab tədbirlərimiz ona gətirib çıxardı ki, bazar yeniləndi. Bu, gələcək üçün çox əhəmiyyətlidir, çünki, əgər məhdudiyyətlər ardan qaldırılsa belə, Rusiyaya alma və başqa qida, ərzaq məhsullarının çatdırılmasını qaydaya salmış Azərbaycan şirkətləri bazardan getməyəcəklər. Bu çox əhəmiyyətli şəraitdir.

A.Alekseyenkonun qiymətləndirməsinə görə, Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığının yeni səviyyəsi uzunmüddətli xarakter daşıyır: "Belə ticarət razılaşmaları perspektivdə uzun müddətə imzalanır. Güman edirəm, gələcəkdə bu daha da genişləndiriləcək, təkmilləşəcək, Azərbaycandan meyvə-tərəvəz məhsulları üçün yeni loqistik mərkəzlər yaranır. Bu, həm uzunmüddətli olacaq, həm də yalnız alma üzrə olmayacaq. Biz hamımız bilirik ki, Azərbaycan nar və başqa meyvə-tərəvəz məhsulları üzrə böyük təchizatçıdır."


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=319869

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR