"Çernomorets"in qapıçısı "Qəbələ"də

"Çernomorets"in qapıçısı "Qəbələ"də
16:17 15 Yanvar 2015
146 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Qəbələ” heyətinə yeni qapıçı cəlb edib.

Milli.Az xəbər verir ki, bu barədə qol.az-ın Antalyaya ezam olunmuş müxbirinə klubun meneceri Zaur Əzizov məlumat verib.

Baş məşqçi Roman Qriqorçukun sabiq komandası “Çernomorets”lə yollarını ayıran qapıçı Dmitri Bezotosnı bu gün “Qəbələ”nin düşərgəsinə qoşulub.

31 yaşlı ukraynalı qolkiperlə mövsümün sonuna qədər müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, D.Bozetosnı "Çernomorets"lə yanaşı Ukraynaın "Tovtrı" və "Metallurq" (Zaporoje) klublarında da çıxış edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR