Marşrut avtobusu velosiped sürən gənci öldürdü - Bakıda

Bakıda marşrut avtobusu velosiped sürən gənci öldürüb.

Metbuat.az "Report"-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki Xurşidbanu Natəvan küçəsində qeydə alınıb.

Belə ki, 91 saylı marşrut xətti üzrə hərəkət edən avtobus, təxminən, 20-22 yaşlarında olan, hələlik şəxsiyyəti məlum olmayan gənci vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR