Azərbaycanlı aktrisa modelyerliyə başladı - VİDEO

Azərbaycanlı aktrisa modelyerliyə başladı - VİDEO
21:33 28 May 2019
Ölkə mətbuatı
A- A+

"Vicdan haqqı" serialı ilə məşhurlaşan aktrisa Ülviyyə Xəlilbəyova modelyer kimi ilk kolleksiyasını nümyiş etdirib.

Publika.az xəbər verir ki, dünən "Baku Fashion Expo 2019" layihəsi çərçivəsində, Muğam Mərkəzində aktrisanın dəfiləsi baş tutub. Dəfiləyə həyat yoldaşı Murad İsmayılla birlikdə qatılan Ülviyyə Xəlilbəyova təəssüratlarını paylaşıb və bildirib ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının interyer dizayner fakültəsi üzrə təhsil alıb:

"İlk kolleksiyamı təqdim etdim, mənim üçün çox özəl gün idi. Öz düşüncələrimi kolleksiyamda tətbiq etməyə çalışdım. Allah dünyanı yaradanda ilk yaranmış rəng ağ və qara olub. Üfüqdən yuxarı ağ, aşağı isə qara... Dünyanın doğulduğu ilk rəngləri və ilk işimi nəzərə alaraq kolleksiyamın adını “İLK” qoydum".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/deb/280190.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR