Polisdən “Xaş-xaş 2019” ƏMƏLİYYATI: 80 kilo narkotik məhv edildi

Şəki şəhərində 80 kiloqrama yaxın narkotik məhv edilib.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, “Xaş-xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

Belə ki, rayonun Baş Göynük kəndində vətəndaşa məxsus 50 hektar bağ-əkin sahəsinin müxtəlif yerlərində yabanı halda bitən, çəkisi 80 kiloqrama yaxın 1532 ədəd narkotik tərkibli çətənə kolları aşkar olunaraq yandırılma yolu ilə məhv edilib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR