Azərbaycanda seçicilərin sayı açıqlandı

Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi prosesinə yekun vurulub.

Metbuat.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov məlumat verib.

M.Pənahov bildirib ki, hazırda Azərbaycanda 5 milyon 212 min 902 seçici var.

"Seçici siyahılarının dəqiqləşdirilməsi prosesinə yanvar ayından start verilib. Bu il ötən illə müqayisədə seçicilərin sayında 21 min nəfər artım müşahidə olunub. Seçicilərin 50.83 %-ni qadınlar, 49.17 %-ni isə kişilər təşkil edir. Ən yaşlı qadın seçici Bərdə rayonunun 94 saylı dairəsində qeydiyyata alınan 1894-cü il təvəllüdlü Allahverdiyeva Səmərqə, ən yaşlı kişi seçici isə 120 saylı Laçın seçki dairəsindən 107 yaşlı Əhmədov Şahverdidir".

DİN vətəndaşlara və turistlərə MÜRACİƏT ETDİ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR