Moskva metrosunda yeni qatar

Moskva metrosunda yeni qatar
16:43 15 Yanvar 2015
157 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir Məftun Salmanov/

Moskva metrosunda sərnişinlər üçün hər iki tərəfə çıxışı olan qatar xəttə buraxılıb. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, bunu paytaxtın Nəqliyyat və İnkişaf Departamentinin rəhbəri Maksim Liksutov deyib.

Onun sözlərinə görə, yeni qatar sərnişinlərə bir vaqondan digərinə rahat keçməyə imkan verəcək.

Yeni qatarın hər bir vaqonu 330 sərnişin tutumludur, vaqonda oturacaq yerlərinin sayı isə 40 ədəddir. Baş vaqonlarda əlil və uşaq arabaları üçün də yerlər var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR